“Tariximizə sadiqik və bu adla çıxış etməyə davam edəcəyik”

10:40 II Divizion 778
“Tariximizə sadiqik və bu adla çıxış etməyə davam edəcəyik”

“Klubumuzun adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir“.

Bu açıqlama Sportinfo.az-a “Xankəndi” FK-nın mətbuat xidmətindən daxil olub.

Bildirilib ki, ötən mövsüm Region Liqasının qalibi olaraq İkinci Liqada iştirak etmək hüququ qazanan Qarabağ təmsilçisi fəaliyyətini məhz bu adla davam etdirir:

“Klubumuz “Xankəndi” adına və tariximizə sadiqdir və bu adla çıxış etməyə davam edəcək. Əlavə olaraq bildiririk ki, klubumuz iyul ayından etibarən təlim-məşq toplanışına start verəcək.

Bu dövrdə həyata keçiriləcək bütün yeni transferlər barədə rəsmi məlumatlar “Xankəndi” FK-nın sosial şəbəkə səhifələrində paylaşılacaq“.

Digər Xəbərlər
Xəbər Lenti