Azərbaycan klubu yeni baş məşqçisinin kimliyini müəyyənləşdirdi

21 Noyabr 2024 09:40 II Divizion 3 463
Azərbaycan klubu yeni baş məşqçisinin kimliyini müəyyənləşdirdi

Vüqar Nadirovla yolları ayrılan «Hypers»in yeni baş məşqçisi müəyyənləşib.

Əsgər Abdullayev və Bəhram Şahquliyevi gündəminə alan II Liqa təmsilçisi sonda fərqli seçim edib.

Quba klubu sükanı Zaur Hidayətova tapşırıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Hazırda turnir cədvəlində 18 xalla 4-cü pillədə olan debütantın Hidayətovun gözləntiləri böyükdür.

Sumqayıtlı mütəxəssis komandanı çempionluq uğrunda mübarizənin mərkəzinə qaytarmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA