Azərbaycanda baş məşqçi çempionluğa iddialı komandadan istefa verdi

8 Aprel 2024 15:00 II Divizion 3 496
Azərbaycanda baş məşqçi çempionluğa iddialı komandadan istefa verdi

II Liqada gözlənilməz baş məşqçi ayrılığı yaşanıb.

Nadir Əliyev çempionluğa iddialı «Füzuli»ni tərk edib.

O, 19-cu turda lider «Baku Sportinq»lə qolsuz bitən səfər matçından sonra Qarabağ təmsilçisi ilə vidalaşıb.

Yaxınlaradək «Şamaxı»da işləmiş mütəxəssislə yanaşı, qapıçılar üzrə köməkçisi Əyyub Əliyev də buradan uzaqlaşıb.

«Füzuli» yarışın favoritlərindən biri sayılır. Eyniadlı rayonun komandası 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Onlar ilk sıradakı «Baku Sportinq»dən cəmi 1 xal geri qalırlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA