Ayaz Abdullayev yenidən «Quba»nın başına dönüb.
Bu barədə saytımıza komandanın futbolçuları məlumat verib.
Onların bildirdiyinə görə, 2 ay əvvəl prezident postundan dönmüş A.Abdullayev hazırda burada işini davam etdirir.
Şimal təmsilçisinin formasını geyinən oyunçuların dediyinə görə, o, kluba müəyyən qədər maliyyə dəstəyi verir.
Vaxtilə bir çox sahədə fəaliyyət göstərmiş Abdullayev 4 ildir ki, «Quba»nı yaşadır. Bu mövsüm Qubanın eyniadlı komandasının maliyyə vəziyyəti çox pisləşib.
Nəticədə kollektiv normal rejimdən kənara çıxıb, gündəlik məşqlərini dayandırıb, rayonu tərk edib. Bəzən həftədə 1-2 gün hazırlıq keçirlər, bəzən yox.
Müflis olduğunu söyləyən Abdullayev verdiyi vədlərin bir çoxunu yerinə yetirə bilməyib, məşqçi və futbolçulara xeyli miqdarda borcu yaranıb.
II Liqada mübarizə aparan qubalılar artıq I Liqaya iddia etmir.
25 tura 48 xal toplamış komanda hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və yuxarı eşalona vəsiqə şansını itirib.
SPORTİNFO.AZ

