Çempionluq havasına girənlərin hansı biri qazanacaq? - Üç oyundan CANLI YAYIM

14:00 II Divizion 904
Çempionluq havasına girənlərin hansı biri qazanacaq? - Üç oyundan CANLI YAYIM

Bu gün II Liqada 6-cı tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

“Göygöl” doğma məkanda “Ağstafa Gəncləri”ni qəbul edəcək. “Kür-Araz” Saatlıda “Quba”nı qonaqlayacaq.

Çempionluq uğrunda mübarizə aparan ”Şəmkir”lə “Qaradağ Lökbatan” isə birincilərin meydanda üz-üzə gələcək.

14:00. “Göygöl” – “Ağstafa Gəncləri”
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Ruslan Babayev, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Göygöl OİK stadionu

14:00. “Kür-Araz” – “Quba”
Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Niyaz Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Saatlı OİK stadionu

14:30. “Şəmkir” – “Qaradağ Lökbatan”
Hakimlər: Nahid Xasıyev, Səbuhi Əmrahov, Rizvan Süleymanov, Ceyhun Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şəmkir OİK stadionu

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar