I Liqa üçün müraciət edən iki kluba “YOX” deyildi

08:50 II Divizion 1 236
I Liqa üçün müraciət edən iki kluba “YOX” deyildi

II Liqanın qalibləri I Liqaya vəsiqə qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu, AFFA-nın Lisenziya Komissiyasının iclasında rəsmiləşib.

Mövsümü ilk 3 pillədə bitirəcəyi dəqiqləşən “Şahdağ Qusar”, “Şəfa” və “Şimal” I Liqada oynamaq üçün lisenziya alıblar.

Pley-offa qatılmaq üçün 4-cü yerə iddiası qalan “Hypers Guba” və “Şəmkir” də buna nail olub. Onlardan hansı 4-cü yeri tutsa, I Liqanın 9-cu yerinin sahibi ilə qarşılaşacaq.

I Liqa üçün müraciət edən klublardan yalnız ikisinin arzusu reallaşmayıb. AFFA “Araz Saatlı” və “Füzuli”yə lisenziya verməyib.

II Liqada liderlərdən uzaq düşən komandalar lisenziya alsaydı da, yenidən aşağı dəstədə oynamalı olacaqdı.

Digər Xəbərlər
Xəbər Lenti