Azərbaycan çempionatına yeni komanda buraxılır? - SON DƏQİQƏ

13:00 II Divizion 1 957
Azərbaycan çempionatına yeni komanda buraxılır? - SON DƏQİQƏ

«Xudat» növbəti mövsümdən II Liqada mübarizə apara bilər.

Ötən sezon Region Liqasında debüt etmiş şimal regionunun təmsilçisi belə bir iddiadadır.

Bəhmən Həsənovu sükan arxasına gətirmiş klub artıq fəal transfer siyasəti aparmaqdadır.

I Liqa, II Liqa və Əvəzedicilər Liqasında forma geyinmiş bir çox futbolçu ilə artıq müqavilə imzalayıblar. Onlara verilən vəd konkretdir – AFFA ilə danışmışıq, komandanı birbaşa II Liqaya buraxacaqlar.

Bu, nə dərəcədə mümkündür? II Liqanın hansısa iştirakçısı fəaliyyətini dayandırırsa, Peşəkar Futbol Liqası idman prinsiplərinə uyğun olaraq, «Lerik»ə müraciət etməlidir.

Çünki ötən «futbol ili»ndə II Liqada 13-cü yeri tutan cənub təmsilçisi məhz pley-off mərhələsində «Şirvan»a 2:3 hesabıyla uduzub. Öncəlik onlara verilməlidir və çempionatın təşkilatçıları bu məqamı unutmamalıdır.

Yox əgər bir deyil, bir neçə komanda daha II Liqada yarışmaq istəmirsə, bu, başqa məsələ…

Region Liqasında üçüncü pilləyə sahiblənmiş «Ağstafa gəncləri»nə müraciət olunmalıdır ki, II Liqada mübarizə aparmağa hazırsız, ya necə.

SPORTİNFO.AZ

Azərbaycan çempionatına yeni komanda buraxılır? - SON DƏQİQƏ

Digər Xəbərlər
Xəbər Lenti