
II Liqada çıxış edən «Araz-Saatlı»da baş məşqçi ayrılığı gerçəkləşib.
Asim İbrahimov sükan arxasından ayrılıb.
İki ay öncə burada işləməyə başlamış çalışdırıcı rəhbərliklə arasındakı ciddi fikir ayrılığına görə vəzifəsini tərk edib.
Asim İbrahimov bu vəzifədə Şəhriyar Məmmədovu əvəzləmişdi.
Onun təyinatından sonra «Araz» dərin çöküş yaşayıb. Nəticədə aran təmsilçisi bu mövsüm 31 xal toplayıb və turnir cədvəlində 8-ci pilləni tutub.
SPORTİNFO.AZ