II Liqanın ən ödənişli futbolçusunun kimliyi müəyyənləşib.
Cavid İmamverdiyev yarımpeşəkar çempionatda hamıdan çox maaş alan oyunçudur.
Cari mövsümdən «Şəki»nin formasını geyinən yarımmüdafiəçinin məvacibi 3000 manat təşkil edir.
Əyalət təmsilçisi bu liqada üçüncü mövsümünü keçirən «Neftçi»nin tanınmış yetirməsinə «podyomnı» da ödəyib. Belə ki, 36 yaşlı orta sahə oyunçusuna 20 min manat verilib.
Yayda sponsorunu dəyişən «Şəki» çempionatın ilk 6 turu ərzində 12 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Cavidin isə bombardirlər yarışına başçılıq edir. Onun aktivində 9 qol var.
SPORTİNFO.AZ


