Region Liqasının komandası II Liqaya vəsiqə qazandı - VİDEO

29 May 19:00 II Divizion 1 311
Region Liqasının komandası II Liqaya vəsiqə qazandı - VİDEO

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.

Sportinfo.az xəbər verir ki, II Liqada 13-cü pilləni tutan "Lerik" Region Liqasının finalçısı "Şirvan"la qarşılaşıb.

"ASCO Arena"da təşkil olunan bu matçda qapılara 5 qol vurulub.

FİFA referisi Əliyar Ağayev idarə etdiyi görüşün əsas vaxtı 2:2 bitib. Əlavə vaxtda daha 1 dəfə fərqlənən Şirvan şəhərinin eyniadlı təmsilçisi II Liqaya yüksəlib.

Cənublular isə növbəti mövsüm Region Liqasında iştirak edəcək.

“Lerik” – “Şirvan” 2:3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
“ASCO Arena”, 16:00

Digər Xəbərlər
Xəbər Lenti