O, qarşıdakı mövsümdə “Kəpəz”i çalışdıracaq

5 Avqust 2020 13:54 I Divizion 790
O, qarşıdakı mövsümdə “Kəpəz”i çalışdıracaq

"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru İlqar Nadiri mətbuat xidmətinə məlumat verib:

“Operativ Qərargahın avqustun 3-də keçirilən iclası hamını maraqlandırırdı. Biz futbol adamları gözləyirdik ki, idmanla bağlı yumşalmalar olar, komandaların məşqlərə başlamasına icazə verilər.

Başa düşürük ki, atılan addımlar, verilən qərarlar insanları xəstəlikdən qorumaq üçündür və bunu qiymətləndiririk. İnşallah, yaxın zamanlarda dəyişiklik olar və hazırlığa start verərik. Buna ümid edirik.

Azarkeşlər də tez-tez sual verirlər, vəziyyətlə maraqlanırlar. Hamı futbol üçün çox darıxıb. Ötən mövsüm yarımçıq dayandırıldığından komandamız mart ayının 12-dən oyun keçirmir.

Arada uzun fasilə yaranıb. Odur ki, futbolsevərlər növbəti çempionatın başlamasını sərbsizliklə gözləyirlər. Amma fanatlar bilsin ki, komanda məşqlərə başlamasa da, meydançadan kənar işləri yoluna qoymaq üzərində çalışırıq.

İlk olaraq baş məşqçi məsələsini həll etmişik. Ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub. O, qarşıdakı çempionatda da “Kəpəz”i çalışdıracaq.

Yaşar müəllim də boş oturmur. Yeni futbolçularla danışıqlara başlayıb, heyəti formalaşdırmağa çalışır. Xüsusən də, seçimdə gənclərə üstünlük verir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu