COP29

"Qəbələ" Yevlaxda “Karvan”ı “taxt”dan saldı, ilk dəfə birinci pilləyə yüksəldi

28 Noyabr 2024 22:40 I Divizion 913
"Qəbələ" Yevlaxda “Karvan”ı “taxt”dan saldı, ilk dəfə birinci pilləyə yüksəldi

Azərbaycan 1-ci liqasında 8-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün 2 matç keçirilib.

"Difai" Şamaxıda "Mingəçevir"i qəbul edib. Oyun 3:3 hesabı ilə yekunlaşıb.

Turun mərkəzi görüşü isə Yevlax şəhər stadionunda oynanılıb. Burada lider "Karvan" 2-ci yerdəki "Qəbələ" ilə qarşılaşıb.

"Qəbələ" "Karvan"ı 1:0 hesabı ilə məğlub edərək xallarının sayını 20-yə çatdırıb və liderliyi ələ keçirib.

“Difai” – “Mingəçevir” 3:3

Qollar: İ.Allahverdiyev, 58-pen; 81, C.Kamta, 90+4 - İ.Əliyev, 19, 48, T.Məmmədzadə, 61-pen.

Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Elvin Bayramov

Şamaxı OİK stadionu

“Karvan” – “Qəbələ” - 0:1

Qol: N.Rəşidov, 88

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev

Yevlax şəhər stadionu

29 noyabr (cümə)

13:00. “Cəbrayıl” – “Baku Sportinq”

Hakimlər: Rövşən Rəcəbov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov

“ASCO Arena”

27 noyabr (çərşənbə)

“İmişli” – “Qaradağ Lökbatan” - 2:1

MOİK – “Zaqatala” - 3:1

Digər Xəbərlər
Xəbər Lenti