
Bu gün I Liqada XV tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçirilib.
«İrəvan» Bakıda «Mingəçevir»i minimal hesabla üstələyib. Elşən Abdullayevin dublu «İmişli»yə Zaqatalada qələbə qazandırıb.
Premyer Liqaya iddia edən «Şamaxı» ilə I Liqada qalmaq istəyən «Difai»nin matçında isə qapılara qol vurulmayıb.
"İrəvan" - "Mingəçevir" 1:0
Qol: Samir Qurbanov, 15
"Zaqatala" - "İmişli" 1:2
Qollar: Cavad Qurbanlı, 44 - Elşən Abdullayev, 4, 26
"Difai Ağsu" - "Şamaxı" 0:0
|
BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 11 qol
Emin Zamanov ("Şamaxı") - 8 qol
Peter Kinqs ("Karvan") - 6 qol
İsa Zeynallı (MOİK) - 6 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 6 qol
Xəzər Mahmudov ("İmişli") - 6 qol
Elmir Rəhimzadə (MOİK) - 6 qol