COP29

“Göz qabağındadır” - AFFA bu kluba niyə lisenziya verməyib?

19 May 2023 01:10 I Divizion 1 833
“Göz qabağındadır” - AFFA bu kluba niyə lisenziya verməyib?

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi.

İclasda Birinci Divizionun 4 klubuna Premyer Liqada iştirak üçün lisenziya verilmədiyi açıqlandı.

Sportinfo.az xəbər verir ki, bu klublardan biri də "Mingəçevir” oldu. Maraqlıdır, klub lisenziya üçün AFFA-ya müraciət etmişdi?

Bölgə təmsilçisinin İdarə Heyətinin sədri Ruslan Həmidov qaynarinfo-ya açıqlamasında müraciətlə bağlı deyib:

"AFFA-ya müraciət etmişdik. Yəqin ki, infrastrukturumuza görə lisenziya verilmədi. Şəraitimiz göz qabağındadır”.

Həmidov hazırda ehtiyat meydançanın ot örtüyünün dəyişdirilməsi üçün işlər aparıldığını bildirib:

"Ehtiyat meydançamızın ot örtüyü süni olacaq. Əsas meydançaya isə əl vurulmur.

Bu meydançamız çayır olduğu üçün iyul ayından noyabra qədər yaxşı olur. Sonra qış aylarında isə bərbad duruma düşür.

Əsas meydança ilə bağlı plan yoxdur. Ehtiyat meydança standartlara uyğundur, oyun keçirmək mümkündür.

Çox güman ki, qışda ev oyunlarımızı məhz həmin meydançada keçirəcəyik. Azarkeşlər üçün əlavə 200 oturacaq quraşdırılacaq.

Meydançanın iki aya hazır olacağı gözlənilir. Artıq işlər başlayıb və çox sürətli şəkildə davam edir”.

Digər Xəbərlər
Xəbər Lenti