“Premyer Liqada 10 klub azdır, bu say 12-14 olmalıdır”

31 May 2022 16:40 I Divizion 1 248
“Premyer Liqada 10 klub azdır, bu say 12-14 olmalıdır”

“Klubumuzun 2023-cü ildən Premyer Liqada çıxış edəcəyinə böyük ümid bəsləyirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib.

AFFA “Turan Tovuz” və “Kəpəz”a 2022/23-cü il mövsümündə Premyer Liqada iştirakına icazə verib. İcraiyyə Komitəsinin I Divizion iştirakçılarına dair qərarı “Zaqatala”ya aid edilməyib.

2015-ci ildən aşağı dəstədə mübarizə aparan klubun lisenziyalaşdırma sənədləri müxtəlif səbəblərdən qəbul olunmayıb.

M.Qurbanov 1 ildən sonra federasiyanın onlara da “yaşıl işıq” yandıracağına inandığını bildirib:

“Əslində, AFFA-nın klubumuzu elə bu yay Premyer Liqaya buraxacağını gözləyirdik. Neçə ildir, həmin günün həsrətini çəkirik.

Həm klub, həm azarkeş tərəfdən Premyer Liqaya hazırıq. Azərbaycanda ən yaxşı şəraiti olan komandalardan biri “Zaqatala”dır.

Yeganə problemimiz sponsor təminatı ilə bağlıdır. Necə ki, “Turan” və “Kəpəz” də eyni problemlə qarşılaşıb.

AFFA onlara köməklik göstərdi, maliyyə məsələsini həll elədi, “Zaqatala” isə bu prosesdən kənarda qaldı.

Düşünürəm ki, AFFA gələn ilin bu vaxtında Zaqatala futbolsevərlərini də sevindirəcək. Ümumiyyətlə, Premyer Liqada 10 komanda da azdır.

Ən azı, 12-14 komanda burada mübarizə aparmalıdır və üstünlük bölgələrə verilməlidir. Çünki azarkeş və futbola maraq əsasən rayonlardadır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu