Azərbaycanda sponsor kluba vur-tut 500 manat ayırdı – BİABIRÇILIQ!

11 İyul 2024 11:40 I Divizion 4 381
Azərbaycanda sponsor kluba vur-tut 500 manat ayırdı – BİABIRÇILIQ!

I Liqada çıxış edən «Mingəçevir»də maliyyə problemləri özünün kulminasiya mərhələsinə çatıb.

«İşıqlar şəhəri»nin təmsilçisi yalnız AFFA-nın ümidinə qalıb, digər tərəfdaşlarını itirib.

Dövlət tərəfindən ayrılan yardım paketindən savayı, əlavə gəlir mənbəyi qalmayıb. Olanlar da «Mingəçevir»ə dəstəyini minimuma endiriblər.

Onlara ayrlan məbləği eşitsəz, bəlkə də inanmayacaqsız. Gülməyin, klub üçün nəzərdə tutulan aylıq vəsait 500 manatdır.

Keçən sezon burada forma geyinən futbolçuların əksəriyyəti düşərgəni tərk edib. Qəpik-quruş təklif olunan yerdə axı kim qalar?

Oyunçuların bir çoxu II Liqaya üz tutub.

SPORTİNFO.AZ

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"