AFFA "Kəpəz"ə göz qırpdı - Premyer Liqaya hazırlaşın!

26 İyul 2021 10:40 I Divizion 3 064
AFFA "Kəpəz"ə göz qırpdı - Premyer Liqaya hazırlaşın!

AFFA "Kəpəz"ə ayırdığı maliyyəni bir qədər artırıb.

Bu, federasiyanın Gəncə təmsilçisi ilə bağlı yarımçıq qalan planı yenidən gündəmə gətirməsi ilə bağlıdır.

Qurumdan yerli rəsmilərin nəzərinə çatdırılıb ki, "Kəpəz"in 2022/23-ci il mövsümündən etibarən Premyer Liqaya qaytarılması düşünülür. Əsas komandaya diqqətin artırılmasıı da bu məqsədə xidmət edir.

Nizami yurdu təmsilçisini qarşıdakı çempionatda Yaşar Vahabzadə çalışdıracaq.

Ötən mövsümün sonunda əldə olunan razılığa əsasən, onunla 1 illik yeni müqavilə imzalanıb. Vahabzadənin köməkçiləri - Nadir Şükürov, Vidadi Rzayev və Əli İsmayılov ilə də anlaşma yenilənib.

AFFA Gəncə publikasının Vahabzadədən narazılığını nəzərə alıb və dəstəyini çoxaltmaqla, onun keçən «futbol ili»ndəki uğursuzluğu sığortalayacağına ümid bəsləyir. Çünki baş məşqçi onun əleyhinə olan futbolçuların bir çoxunu düşərgədən uzaqlaşdırıb.

Bu ilin əvvəlindən bərim əksər komanda üzvləri ilə problem yaşayan, eyni səbəbdən I Divizionun axır həftələrində yeniyetmələrin ümidinə qalan Vahabzadəyə hazırda əlavə imkanlar yaradıılıb ki, istədiyi transferləri etsin.

Aşağı dəstənin üzdə olan futbolçulardan bir neçəsini rənglərinə bağlayan Gəncə təmsilçisi son günlərdə 2 sürpriz keçidi də reallaşdıırııb.

«Sumqayıt»la vidalaşan Cavid İmaamverdiyev və Gürcüstanın yüksək liqa təmsilçisi "Samtredia"dan ayrılan "Xəzər Lənkəran"ın yetirməsi İbrahim Qədirzadə növbəti mövsümdə «Kəpəz»in şərəfini qoruyacaq.

Bu, son olmayacaq, ardı gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?