“Neftçi” darmadağın etdi, “Turan“ 3 xalı güclə qurtardı

18 Aprel 2021 00:56 I Divizion 1 751
“Neftçi” darmadağın etdi, “Turan“ 3 xalı güclə qurtardı

Birinci Divizionda 22-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Mahmud Qurbanovun baş məşqçisi olduğu “Neftçi”nin əvəzediciləri səfərdə “Sumqayıt″ın ikinci komandasını darmadağın edib. “Turan Tovuz” isə “Qaradağ Lökbatan”a son dəqiqə qolu ilə qalib gəlib.

İlk oyun günündə “Keşlə”nin əvəzediciləri “Sabah”ın ikinci komandasına qalib gəlib – 3:0. Tura sabah yekun vurulacaq. “Kəpəz” MOİK-lə, “Qarabağ-2” “Zaqatala”yla üz-üzə gələcək.

"Sumqayıt-2" – "Neftçi-2" 0:4
Qol: Vüsal Əsgərov, 45+1-pen. Fərid Yusifli, 54. Nazim Bağırov, 58. Ramin Nəsirli ,85.
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Teymur Teymurov, Tural Qurbanov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.

"Qaradağ Lökbatan" – "Turan Tovuz" 1:2
Qol: Sabir Allahquliyev, 64 – Elçin Qasımov, 84. Vidadi Cəfərov, 90+1-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Ruslan Quliyev, Kərim Zeynalov, Namiq Bəkirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

N Klublar O Q H M T-F X
1 Neftçi-2 21 15 4 2 51-14 49
2 Zaqatala 21 15 1 5 46-24 46
3 Turan Tovuz 22 13 7 2 34-14 46
4 Sabah-2 20 11 2 7 34-23 35
5 Qarabağ-2 21 8 3 10 24-23 27
6 Kəpəz 21 6 5 10 27-32 23
7 Keşlə-2 21 6 3 12 23-44 21
8 Qaradağ Lökbatan 22 5 5 12 20-34 20
9 Sumqayıt-2 22 4 5 13 21-43 17
10 MOİK 21 3 5 13 22-51 14

BOMBARDİRLƏR:

Bəhruz Teymurov ("Zaqatala") - 14 qol
Vidadi Cəfərov ("Turan Tovuz") - 13 qol
Kamran Quliyev ("Sabah-2") - 9 qol
Xəqani Sadıxov ("Zaqatala") - 8 qol
Fərid Kərimzadə ("Sabah-2") - 8 qol
Vüsal Əsgərov ("Neftçi-2") - 7 qol
Asim Əlizadə ("Neftçi-2") - 6 qol

Nurlan Şabanov ("Turan Tovuz") - 6 qol
Elvin Nəsibov (MOİK) - 6 qol
Famil Camalov ("Neftçi-2") - 6 qol
Əsədulla Heydərov ("Zaqatala") - 6 qol

Digər Xəbərlər
Xəbər Lenti