Görəvə gələn baş məşqçinin komandaya ilk mesajı nə oldu? - FOTOLAR

12 Noyabr 2024 18:00 I Divizion 1 932
Görəvə gələn baş məşqçinin komandaya ilk mesajı nə oldu? - FOTOLAR

Birinci Liqada mübarizə aparan “Difai”nin yeni baş məşqçisi Xaqani Məmmədov komanda ilə tanış olub.

“Fədailər“lə mövsümün sonuna qədər müqavilə imzalayan mütəxəssis ona etmad göstərdiyi üçün prezident Asəf Məlikova öz təşəkkürünü dilə gətirib.

Son olaraq “Araz-Naxçıvan”da baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmış X.Məmmədov nəticələri yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

O, öz planları ilə kollektivi tanış edib.

Çempionatın ilk 7 turunda 5 xal toplayan kollektivi irəli aparmaq isətədiyini söyləyən yeni sükançı əmin olduğunu bildirib ki, bunu etmək mümkündür.

Nizam-intizama ciddi diqqət yetirəcəyini söyləyən Məmmədov hər oyunda qələbə üçün mübarizə aparacaqlarını vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda