"Bilirdik ki, rəqib qələbə qazanmaq istəyəcək" - Rəşad Sadıqov

28 Noyabr 2020 18:40 Zirə 699
"Bilirdik ki, rəqib qələbə qazanmaq istəyəcək" - Rəşad Sadıqov

“Samir Abasovu təyinatı münasibətilə təbrik edirəm. Onunla birlikdə futbol oynamışıq, həm də məşqçilik kurslarına qatılmışıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Bakcell Arena”dakı qarşılaşmada qolsuz bərabərə qalan qəsəbə təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında gənc mütəxəssis yaxşı müdafiə olunduqlarını söyləyib: “Maraqlı oyun alındı, qol epizodları çox deyildi. Rəqib topa nəzarət edirdi, biz müdafiə olunurduq. Bəzən əksinə olurdu. Son 10-15 dəqiqədə “Neftçi” üstün oldu. Bilirdik ki, rəqib qələbə qazanmaq istəyəcək. Komanda olaraq yaxşı müdafiə olunduq”. (Apasport.az)

Xəbər Lenti