Rəşad Sadıqov: "Erməni qadına dedim ki, uzaqlaş, buradan" - VİDEO

26 Noyabr 2020 12:40 Zirə 827
Rəşad Sadıqov: "Erməni qadına dedim ki, uzaqlaş, buradan" -  VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Xəzər TV”-də yayımlanan “Birinci Studiya” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, əslən Kəlbəcərdən olan gənc mütəxəssis bu rayonun Erməni işğalından azad olunmasından danışıb:

“İkili hisslər yaşayırıq. Şəhidlərimizə görə üzülüb, qələbəmizə görə sevinirik. Şəhidlərə Allahdan rəhmət diləyirəm, yaralılara sağlıq arzulayıram!

Qələbəmizdə payı olan hər kəsə təşəkkür edirəm. Ermənilər Kəlbəcərdən evləri, binaları dağıdaraq gedirlər.

Nə qədər dağıtsalar da, bunun əhəmiyyəti yoxdur. Bizə torpağımız lazımdır. Ərazi bütövlüyümüz təmin olundu. Şükürlər olsun ki, torpaqlar qayıtdı.

Ümid edirəm ki, Ağdamda “İmarət” stadionu yaxın zamanlarda bərpa ediləcək. Fikrimdə var ki, Kəlbəcərdə futbol məktəbi açım”.

- Nə aparırlar aparsınlar, bizə torpaq lazımdır...

- Etirazınız nəyədir, müharibə istəyirsiz, gəlin döyüşək, döyüşməyəcəksiz axı, qorxursuz...

- Moskavada erməniləri udduq, növbəti il meydana çıxmaqdan qorxub avtobusa minib aeroporta qaçdılar. Ermənistan döyüş meydanında uduzduqdan sonra müharibəni davam etdirməkdən qorxub təslim olanda, həmin hadisəni xatırladım...

- İtaliyada otelimizə erməni qadın gəldi. Gördüm, "bizə müharibə lazım deyil, sülh istəyirik" deyir. Sual verdim ki, Qarabağ kimindir? Cavab verə bilmədi. Xahiş elədim ki, uzaqlaş, buradan...

Digər Xəbərlər
Xəbər Lenti