Rəşad Sadıqov bəyəndiyi legioneri "Zirə"yə gətirir

25 Noyabr 2020 16:00 Zirə 1 015
Rəşad Sadıqov bəyəndiyi legioneri "Zirə"yə gətirir

"Zirə" 2 aylıq fasilədən sonra Valon Ahmedi ilə danışıqları bərpa edib.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubu "Şkendiya"nın kapitanı ilə anlaşmağa yaxındır.

"Qartallar" onu hələ yayda transfer etmək istəyində idi. 26 yaşlı yarımmüdafiəçi buna razılıq vermişdi. Gəl ki, Şimali Makedoniya klubu liderini buraxmağa son anda qol qoymadı.

Avropa Liqasının ilk təsnifat mərhələsində "Sumqayıt"a qarşı göstərdiyi performansla Rəşad Sadıqovun diqqətini çəkən orta sahə oyunçu təsadüfən bəyənilmədiyini növbəti iki qarşılaşmada da təsdiqlədi.

"Botaşan" və "Tottenhem"lə görüşlərdə özündən söz etdirən Ahmedi Azərbaycana getmək istədiyini bir daha "Şkendiya" rəhbərliyinin diqqətinə çatdırıb.

Makedonlar isə müqaviləsi 2023-cü ilin yayında başa çağacaq aparacı futbolçusunu müəyyən məbləğ qarşılığında yeni ildən etibarən "Zirə"yə buraxmağa "okey" verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”