Rəşad Sadıqovun ürəyincə olan - FOTOREPORTAJ

23 Noyabr 2020 11:20 Zirə 473
Rəşad Sadıqovun ürəyincə olan - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün son matçında "Zirə" "Keşlə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin qollarını 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə isə Ağabala Ramazanov vurub.

74-cü dəqiqədə isə "Zirə"nin digər legioneri Klesio Bauk avtoqol müəllifi olub. Mozambikli oyunçu 90+4-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran qəsəbə təmsilçisi 2-ci pilləyə yüksəlib. "Keşlə" isə 12 xalla 5-cı sırada qərarlaşıb.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov: "Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi.

Amma ikinci yarıda açıq futbol gördük. Hər iki komanda qol vurmaq və qələbə qazanmaq istəyirdi. Bizim üçün önəmli qələbə idi. Komandanı və futbolçuları təbrik edirəm.

Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. "Keşlə"ni əks hücumda yaxalayırdıq. Qol epizodalarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik"

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu