"Zirə" şəhidinə böyük dəyər verdi - FOTO

23 Noyabr 2020 00:42 Zirə 975
"Zirə" şəhidinə böyük dəyər verdi - FOTO

“Zirə” növbəti dəfə təqdirəlayiq addımla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun əsas komandaya cəlb etdiyi Tamerlan Burcəliyevin formasının arxasındakı adda dəyişiklik edilib.

17 yaşlı yarımmüdafiəçi bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşının da adını kürəyində daşıyacaq. Bakılıların bununla bağlı müraciətini Peşəkar Futbol Liqası müsbət cavablandırıb.

Burcəliyev bundan sonra “Tamerlan İlqar” formasında mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM