Azərbaycan klubunun məşqçisində də koronavirus tapıldı

18 Noyabr 2020 10:40 Zirə 1 123
Azərbaycan klubunun məşqçisində də koronavirus tapıldı

“Zirə”də daha bir koronavirus daşıyıcısı aşkarlanıb.

Sportinfo.az-ın məlumatına görə, bu dəfə Eltun Yaqublunun xəstəliyə yoluxması məlum olub.

Rəşad Sadıqovun əsas köməkçisinin test nümanəsi pozitiv çıxdığından, o, 14 günlük karantinə alınıb.

Bundan əvvəl Klesio Bauk koronavirusa yoluxub. Hazırda Mozambik yığmasının düşərgəsində yer alan 26 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virus aşkarlanıb.

Mozambik yığması dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.

Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.

Afrikalı növbəti dəfə testdən keçəcək və müsbət olacağı təqdirdə, karantində qalmağa davam edəcək. Bauk sağaldıqdan sonra Bakıya qayıda və komandaya qoşula bilər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!