Milliyə gedən "Zirə"nin legionerində də koronavirus aşkarlandı

17 Noyabr 2020 22:40 Zirə 1 298
Milliyə gedən "Zirə"nin legionerində də koronavirus aşkarlandı

"Zirə"nin mozambikli futbolçusu Klesio Bauk koronavirusa yoluxub.

Sportinfo.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin testi millinin düşərgəsində olarkən müsbət olub.

Onunla birlikdə daha 7 oyunçu, bir texniki heyət üzvü və yığmanın həkimində infeksiya aşkarlanıb. Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.

Afrikalı növbəti dəfə testdən keçəcək və müsbət olacağı təqdirdə, karantində qalmağa davam edəcək. Bauk sağaldıqdan sonra Bakıya qayıda və komandaya qoşula bilər".

Mozambik yığması noyabrın 16-da Afrika Millətlər Kubokunda evdə Kameruna 0:2 hesabı ilə uduzub. Bauk və virus aşkarlanan digər futbolçular qarşılaşmada iştirak etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM