Rəşad Sadıqovun yayda verdiyi proqnoz özünü doğruldur: "Çox nadir hallarda kimsə..."

16 Noyabr 2020 20:00 Zirə 904
Rəşad Sadıqovun yayda verdiyi proqnoz özünü doğruldur: "Çox nadir hallarda kimsə..."

«Hələ yayda şəxsən özüm proqnoz vermişdim ki, bu mövsüm son illərin ən gərgin çempionatlarından biri olacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasıında «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Cari sezondan etibarən «qartallar»ı çalışdıran gənc mütəxəssis Premyer Liqanın geridə qalan bölümü haqda fikirlərini bölüşüb.

Qəsəbə təmsilçisi 9 turdan sonra liderlər qrupunda qərarlaşıb. Aktivində 15 xalı olan «Zirə» eyni əmsala malik «Sumqayıt» və «Qarabağ»la birlikdə 1-3-cü yerləri bölüşdürür.

Sadıqov qeyd edib ki, yarışma həddən ziyadə rəqabət şəraitində keçir: «Həqiqətən də, ilk 9 tur mənim sözlərimi bir daha təsdiqlədi. Hər bir komanda əzimkar mübarizə aparır.

Bu günə kimi baş tutan oyunlarda turnir cədvəlindəki yerlər özünü hiss etdirmir. Çox nadir hallarda kimsə kimdənsə üstün oynayır. Bütün oyunlar gərgin mübarizə şəraitində keçir.

Səkkiz komandadan dördünün avrokuboklara getməsinə görə hamı sona kimi mübarizə aparır və Avropa Liqasına düşmək istəyir. Şəxsi fikrimdir ki, son tura kimi klublardan heç biri təslim olmayacaq. Bizi bu il çox gərgin və rəngarəng çempionat gözləyir».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı