Rəşad Sadıqovun milli ilə yolu yenə kəsişdi - FOTOREPORTAJ

16 Noyabr 2020 09:20 Zirə 869
Rəşad Sadıqovun milli ilə yolu yenə kəsişdi - FOTOREPORTAJ

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran topu 82-ci dəqiqədə Tamerlan Burcəliyev rəqib qapısından keçirib.

“Zirə” oyuna bu start heyəti ilə çıxıb: Rəşad Əzizli, Sərtan Taşkın, Lazar Corceviç, Dimitrios Çantakias, Qismət Alıyev, Tural Bayramlı, İlkin Muradov, Riçard Almeyda, Ruslan Qurbanov, Ağabala Ramazanov (k), David Volkov.

Oyuna sonradan daxil olanlar: Kərim Diniyev, Şəhriyar Rəhimov, Hacıağa Hacılı, Əli Şirinov, Tamerlan Burcəliyev, Vüsal Əliyev.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!