Şəhid futbolçunun qardaşı "Zirə"yə qələbə qazandırdı

15 Noyabr 2020 21:20 Zirə 1 135
Şəhid futbolçunun qardaşı "Zirə"yə qələbə qazandırdı

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan "Zirə" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası U-19 millisi ilə qarşılaşıb.

Oyun "Zirə"nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.

O, baş məşqçi tərəfindən iki həftədən artıqdır əsas komandaya cəlb oulunb. İstedadlı hücumçunun yaxınlarda Qarabağda şəhidlik zirvəsinə ucalan İlqar Burcəliyevin kiçik qardaşı olmasını da xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!