Qurbanov buranı tərk etməyəcək: "Burada həyat sakitdir"

15 Noyabr 2020 13:20 Zirə 983
Qurbanov buranı tərk etməyəcək: "Burada həyat sakitdir"

"Burada insanlar qonağı yaxşı qarşılayırlar".

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin sabiq hücumçusu Ruslan Qurbanova məxsusdur.

Hazırda "Zirə"nin formasını geyinən dağıstanlı forvard Rusiya mətbuatına açıqlamasında Azərbaycanda əhalinin qonaqpərvər olduğunu bildirib:

"Köməyə ehtiyacınız varsa, yardımçı olurlar. Azərbaycanda həyat sakitdir. Ailələr axşam səssizcə gəzə bilirlər. Karyeramdan sonra ailəmlə birlikdə Bakıda yaşamağı düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM