"Zirə"də RƏSMİ ayrılıq

27 Yanvar 2020 12:42 Zirə 713
"Zirə"də RƏSMİ ayrılıq

Xəbər verdiyimiz kimi, "Zirə" malavili hücumçu Robin Nqalande ilə yolları ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi forvardla qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verdiyini rəsmən açıqlayıb.

27 yaşlı futbolçunun "Zirə" ilə mövsümün sonuna qədər sözləşməsi var idi.

Nqalande qışda "Zirə"ni tərk edən ikinci futbolçudur. Qəsəbə təmsilçisi buna qədər haitili Soni Norde ilə əməkdaşlığa son qoymuşdu.

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu