"Zirə"nin gözü yolda idi, problem həllini tapdı

21 Yanvar 2020 12:16 Zirə 1 363
"Zirə"nin gözü yolda idi, problem həllini tapdı

İki həftədir Antalyada məskunlaşan "Zirə"nin əsas problemlərindən biri həllini tapıb.

Sportinfo.az-ın məlumatına görə, komandanın ixtiyarında olan avtobus Türkiyəyə buraxılıb.

Saytımız yanvarın 10-da xəbər vermişdi ki, bu nəqliyyat vasitəsi sərhəddə saxlanılıb və geri qaytarılıb. Belə ki, kluba məxsus inventarı və digər əşyaları daşıyan avtobusun sənədləri qaydasında olmayıb.

Gömrük xidməti müəyyənləşdirib ki, "Zirə"nin ixtiyarındakı avtobus "Şüvəlan" Futbol Klubunun qeydiyyatındadır. 2019-cu ilin yayında fəaliyyətini dayandıran "təyyarəçilər" onu "qartallar"a versə də, sənədləşmə aparılmayıb.

"Zirə"lilər bugünlərdə problemi çözüb və nəqliyyat vasitəsi artıq komandanın ixtiyarındadır. Avtobusun üzərindən "Şüvəlan" yazılmış reklam lövbəsi sökülüb, yerinə "qartallar"ın loqosu yapışdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!