"Zirə" üçün Türkiyə, Rumıniya və Serbiya klubları

24 Dekabr 2019 13:22 Zirə 591
"Zirə" üçün Türkiyə, Rumıniya və Serbiya klubları

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəllidir. Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi yanvarın 3-dən Bakıda bir araya gələcək.

Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda burada “İC Santai” otelində məskunlaşacaq.

“Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Zaur Həşimovun başçılıq etdiyi kollektiv yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Qartallar” yanvarın 22-də Bakıya dönəcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"