Menecerlərə tapşırıq verdi - Mənə təcili klub tapın!

9 May 19:00 Zirə 1 102
Menecerlərə tapşırıq verdi - Mənə təcili klub tapın!

Tiaqo Silva "Zirə"dən ayrıla bilər.

Ötən yay avrokuboklarda möhtəşəm çıxışla yadda qalan əcnəbi qapıçı davamlı ehtiyatda qalmasından narazıdır.

Kiper bu barədə yaxın ətrafına şikayətlənib.

25 yaşlı legioner bu mövsüm cəmi 3 oyunda meydana çıxıb.

O, sonuncu dəfə ötən ilin noyabr ayında forma geyinib.

Portuqaliya kiper bu qədər uzun zaman kölgədə qalmasını özünə qarşı hörmətsizlik kimi görür.

Oyun sayının bu şəkildə bölüşdürülməsini ədalətsizlik hesab edib.

Menecerlərə onun üçün yeni komanda tapması barədə tapşırıq verib.

Tiaqo 2023-cü ildən "qartallar"ın heyətində çıxış edir.

Arxada qalan müddətdə 53 rəsmi oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!