COP29

“Zirə”nin Avropa Liqasında ehtiyat etdiyi nədir?

6 İyun 23:40 Zirə 1 644
“Zirə”nin Avropa Liqasında ehtiyat etdiyi nədir?

“Çox şey ilk mərhələdə bəxtimizə düşəcək rəqibin kimliyindən asılıdır”.

“Zirə”nin kapitanı Qismət Alıyev Sportinfo.az-a açıqlamasında komandasının Avropa Liqasındakı şansları haqda danışıb.

Premyer Liqada ikinci yeri tutaraq səviyyəcə ikinci dərəcəli klub turnirinə vəsiqə qazanan “qartallar” üçün asan olmayacağı gün kimi aydınlıq.

Avropa Liqasına qatılan komandaların adlarına və “Zirə”nin reytinq cədvəlindəki mövqeyinə baxanda əlavə şərhə gərək qalmır.

Qismət avrokuboklar barədə nikbindir:

“Başlıca amil təlim-məşq toplanışını istədiyimiz kimi keçməkdir. İnşallah, bu yöndə hansısa çətinlik olmaz.

Digər tərəfdən, dediyim kimi, rəqibin adı və gücü önəmlidir.

Hansı komanda olmasına baxmayaraq, rəqibi yaxşı analiz edib ilk mərhələni adlamağa çalışacağıq. Xalqımızı və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də atılacaq.

İlk oyunlar iyulun 11-də, cavab görüşləri iyulun 18-də keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti