Rəşad Sadıqovun səs-küylü transferindən NƏ XƏBƏR VAR?

18 May 2023 21:20 Zirə 2 604
Rəşad Sadıqovun səs-küylü transferindən NƏ XƏBƏR VAR?

"Zirə”nin qış fasiləsində heyətinə qatdığı Vild-Donald Gerye xeyli vaxtdır komandasına kömək edə bilmir.

Baş məşqçi Rəşad Sadıqovla “Qarabağ”da komanda yoldaşı olmuş, komandaya da məhz bu şəxsin istəyi ilə cəlb olunmuş haitili müdafiəçi son vaxtlar zədədən əziyyət çəkir.

Gerye “Zirə”yə gəldiyi gündən komandasının keçirdiyi 16 oyunun tən yarısında – 8 qarşılaşmada “qartallar”a kömək edib. Qarşıda Sadıqovun çalışdırdığı kollektivi “Sabah”la “Sumqayıt”a qarşı iki çətin sınaq gözləyir.

34 yaşlı futbolçu Sportinfo.az-a açıqlamasında hazırkı durumundan söz açıb, növbəti görüşlərdə komandasına kömək edə biləcəyini deyib:

“Bir aydan çoxdur zədəmin müalicəsi ilə məşğulam. Bu səbəbdən komandama kömək edə bilmirdim. “Neftçi”ylə qarşılaşmada əzələmdə yenidən ağrılar baş qaldırdı. Artıq çətin günlər geridə qalıb.

Bu, zədədən sonra kollektivlə birgə dördüncü məşqim idi. Get-gedə yaxşılaşıram. Baş məşqçimiz şans versə, növbəti matçda meydana çıxmağım mümkündür”.

2017-ci ildən ölkəmizdə çıxış etməyə başlayan Vild-Donald Gerye bu müddətdə “Qarabağ” və “Neftçi”nin formasını geyinməklə 3 dəfə Azərbaycan çempionu adını qazanıb.

O, bu ilin əvvəlində müqavilə bağladığı “Zirə”də 8 oyunda 592 dəqiqə meydanda olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!