Azərbaycan futboluna urcah olan yarıtmaz dağıstanlı

16 Mart 2023 23:00 Zirə 7 316
Azərbaycan futboluna urcah olan yarıtmaz dağıstanlı

“Zirə” Premyer Liqada növbəti məğlubiyyətini “Sabah”dan aldı - 0:2.

Hərçənd, Rəşad Sadıqovun yetirmələri 90 dəqiqə qonaqlardan heç də ger qalmadı. Aşağı-yuxarı bərabər səviyyəli oyun izlədik.

Amma texniki cəhətdən daha üstün olan Murad Musayevin yetirmələri sonda 3 xala sevinməyi bacardı.

Qarşılaşmanın qırılma nöqtəsi Coy Lens Mikelssin vurduğu ikinci qol oldu. Buraxılan qolda isə Cənnətovun xidməti daha çox oldu.

Milli komandaya dəvət alasan, avrokuboklara vəsiqə uğurunda mübarizə aparan kollektivin şərəfin qoruyasan və belə səhvə yol verəsən.

Heç bir məntiqə sığmır. Ayıbdır vallah.

Mehdini Dağıstandan bura buna görə gətiriblər?

Əminəm ki, almaniyalı vinger topu başından eləmişdi. İti bucaq altından, sadəcə zərbə xatirinə zərbə vurmuşdu.

Mövqeyinə qayıtmaq istəyirdi ki, topu qapıda gördü.

Mehdini “Sumqayıt”da oynayandan izləyirəm. Elə orda olandada bildirmişdim ki, ondan yaxşı qapıçı çıxmaz.

Sadıqovun onu yanına aparmasına da təəccüb etmişdim. Niyə apardı deyə.

Arxada qalan zaman kəsiyində Cənnətov onun barəsində olan fikirlərimi artıqlaması ilə doğrultdu. Bu, onun Zirədəki ilk səhvi deyil.

Dəfələrlə etdiyi kobud səhvlərlə komandasını zərbə altında qoyub. Bir neçə dəfə cəzalanaraq ehtiyat skamiyaya göndərilsə də, görünür, ona dərs olmayıb.

Dərs olmaq deyəndə ki...

Elə bacardığı bu qədərdi də. Dünənə kimi səhvləri olub, bu gündən sonra da eyni səhvləri olacaq.

18 yaşında deyil ki, gələcəkdə öyrənəcəyinə ümid edəsən. 31 yaşlı təcrübəli qolkiperdir.

Hə, autsayder komandalara yaraya bilər. Lakin iddiası olan komandalar üçün keçərli deyil.

Əminəm ki, çox çəkməz bu həqiqətlə Sadıqov da barışacaq. Ən azı belə səhvlərdən canını qurtarmaq üçün. Axı onun da səbri bir yerə qədərdi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti