Qurban Qurbanov 6:0-dan sonra: “Rahat oldu"

15 Mart 2023 21:10 Zirə 592
Qurban Qurbanov 6:0-dan sonra: “Rahat oldu"

"Bizim üçün vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik.

Hər şey düşündüyümüz kimi alındı. İlk 2 qoldan sonra oynamaq daha rahat oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis futbolçularının meydanda çox məsuliyyətli davrandıqlarını bildirib:

"Həm də istəkli idilər. Onları təbrik edirəm. Rəqibə isə uğurlar arzulayıram. Həm "Sumqayıt" azarkeşlərinə, həm də öz fanatlarımıza təşəkkürümü bildirirəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"