
“Zirə” Premyer Liqada mövsümü üçüncü pillədə başa vurdu.
Bu, Rəşad Sadıqovun məşqçi qiyafəsi ilə qazandığı ilk medal idi.
Di gəl, bürüncün gətirdiyi sevinci Konfrans Liqasının püşkü korladı. Sözügedən yarışda iştirak edən Azərbaycan təmsilçiləri arasında ən güclü rəqib “qartallar”a düşdü.
Vaxtilə “Xəzər Lənkəran” və “Qarabağ”ı məğlubiyyətə uğratmış, İsrailin ən adlı-sanlı komandası olan “Makkabi” ilə qarşılaşmalar həqiqətən təcrübə sarıdan “Zirə” üçün böyük əhəmiyət daşıyırdı.
Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov səfərdə cavab matçı ilə bağlı öz fikirlərini bölüşüb.
Tanınmış aparıcı-jurnalist “Makkabi” ilə oyunların həm Rəşad Sadıqov, həm də komandası üçün faydalarından söz açıb.
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz: