"Zirə" yeni ilin İLK TRANSFERini ETDİ - FRANSIZ

24 Yanvar 2022 21:20 Zirə 2 422
"Zirə" yeni ilin İLK TRANSFERini ETDİ - FRANSIZ

«Zirə» sükutu pozub.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubu qış bazarlığında ilk transferini reallaşdırıb.

Avrokuboklara iddialı «qartallar» Hamidu Keyta ilə anlaşıb.

27 yaşlı fransalı hücumameylli yarımmüdafiəçidir. O, cari mövsümün geridə qalan hissəsini Portuqaliyada – «Santa Klara»da keçirib.

«Oser»in yetirməsi 2014-cü ildə peşəkar futbol karyerasına başlayıb. Adıçəkilən klubun B komandasına yüksələn Keyta daha sonra «Havr»a üz tutub.

2015-ci ildən buradan ayrılıb və «Trellisar»a keçib. Növbəti 2 mövsümdə isə «Sent Etyen»in uğurları üçün tər töküb.

2017-2018-ci illərdə «Şambli»nin yolunu tutub. Ardınca Rumıniyadan dəvət alıb və «Kalaraşi» ilə müqavilə bağlayıb.

2019-2021-ci il aralığında «Botaşani»yə xidmət edib. Ötən ilin yayınla da buranı «Sana Klara»ya dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti