“Mübahisəli oldu - Hələ qalib gələ bilmirik, amma uduzmuruq da”

23 Yanvar 2022 23:00 Zirə 822
“Mübahisəli oldu - Hələ qalib gələ bilmirik, amma uduzmuruq da”

"Qurnik"in baş məşqçisi Kamil Keres Antalyada "Zirə" ilə yoxlama oyunu (2:2) barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Polşa klubunun çalışdırıcısı bunları deyib:

"Təlim-məşq toplanışına yeni başlamışıq. İlk günlər həmişə ağır keçir. Oyun məzmunlu oldu.

Bəzi futbolçular qış fasiləsindən sonra ilk matçına çıxıblar. İlk hissə gərgin keçdi. Çoxlu qayda pozuntuları, mübahisəli epizodlar oldu.

Ümumiyyətlə, yaxşı oynadıq, lakin topa nəzarət etmək həmişə mümkün olmur. İkinci hissədə daha çox şansımız oldu.

Hələ ki, qalib gələ bilmirik, amma uduzmuruq da. Bizim hələ çox işimiz var".

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?