"Yaxşı təklif gəlsə, "Zirə" məni buraxacaq"

24 Noyabr 2021 09:00 Zirə 741
"Yaxşı təklif gəlsə, "Zirə" məni buraxacaq"

"Millidəki çıxışımdan sonra mənə maraq artıb.

Artıq gürcüstanlı azarkeşlər məni daha yaxşı tanıyırlar (gülür)".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Gürcüstan millisinin və "Zirə"nin futbolçusu Davit Volkov müxtəlif klublardan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

26 yaşlı hücumçu hələlik bu barədə danışmaq istəmədiyini söyləyib: "İndidən nəsə demək tezdir. Sübut etməli olduğum çox şey var.

Amma əminəm ki, daha yaxşı təklif gələcəyi halda "Zirə" düşünmədən məni buraxacaq. Çünki onlar da inkişafıma, uğurlarıma sevinəcəklər.

Bu komandada özümə inam və dəstək hiss edirəm. Lakin getmək barədə söhbət olmayıb".

Hzırda 9 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Davit Volkovun "Zirə" ilə cari mövsümün sonunadək müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu