“Zirə”dən 4-cü transfer

2 İyul 2021 17:00 Zirə 914
“Zirə”dən 4-cü transfer

“Zirə” yay fasiləsində 4-cü transferini reallaşdırıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar qapı xəttinə daha bir oyunçu cəlb edib.

Təmkin Xəlilzadə, Ruslan Abışov və Mehdi Cənnətovdan sonra Anar Nəzirov da “Zirə” ilə anlaşıb. “Qəbələ”dən ayrılan 35 yaşlı qolkiper köhnə-yeni komandası ilə 1 illik müqavilə bağlayıb.

Anar Nəzirov daha əvvəl 2015-18-ci illər aralığında da “Zirə”nin şərəfini qoruyub. O, həmçinin "Kəpəz", "Neftçi", "Turan", "Standart", "Qəbələ" və "Sumqayıt"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!