"Zirə" braziliyalı hücumçunu icarəyə götürdü - Ukrayna klubundan

2 İyul 2021 16:00 Zirə 883
"Zirə" braziliyalı hücumçunu icarəyə götürdü - Ukrayna klubundan

“Zirə” yeni legionerlə anlaşıb.

Sportinfo.az xəbər verir ki, Velvis Damakena ilə 1 + 3 illik müqavilə imzalayıb.

Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb.

20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Braziliyalı futbolçu "Lvov"dan başqa Slovakiyanın "Lokomotiva" (Koşitse) klubunda da çıxış edib.

Xəbər Lenti