“Zirə” millinin qapıçısını transfer etdi - 2 illik müqavilə

26 May 2021 13:40 Zirə 1 174
“Zirə” millinin qapıçısını transfer etdi - 2 illik müqavilə

“Zirə” heyətini gücləndirməkdə davam edir.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qəsəbə təmsilçisi ikinci transferini reallaşdırıb.

Rəşad Sadıqovun komandası “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovla anlaşıb. Milli komandamızın üzvü zirəlilərlə 2 illik müqavilə bağlayıb.

Bu, “Zirə”nin yay fasiləsində ikinci transferidir. Bakılılar dünən “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadəni heyətinə qatıb.

29 yaşlı Mehdi Cənnətov daha əvvəl Rusiyanın “Anji”, “Baltika”, ölkəmizdə isə “Sumqayıt”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti