"Sevinməyə vaxtımız yoxdur" - Rəşad Sadıqov

14 May 2021 21:35 Zirə 1 009
"Sevinməyə vaxtımız yoxdur" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, Sadıqov 2:0 hesabı ilə qələbə qazandıqları matçı belə şərh edib: “Maraqlı oyun alındı. Adətən çempionatın son oyunları psixoloji cəhətdən gərgin keçir, amma hər iki komanda bunu hiss elətdirmədi ki , son oyunlardan biridir. Futbolçular ilk dəqiqələrdən meydanda istəkli idi. Meydanın hər qarışığı uğrunda mübarizə aparırdılar. İkinci hissədə bizim də, rəqibin də yaxşı hücumları oldu. Amma ikinci hissədə daha inamlı başladıq, böyük qüvvə ilə irəli atıldıq. Qələbə qazanmaq istəyirdik. İki qol vurduqdan sonra futbolçularda psixoloji olaraq hesabı qorumaq istəyi formalaşdı beyinlərində. İkinci qoldan sonra oyun bizim üçün çətin keçdi. Şükürlər olsun ki, rəqib sonrakı müddətdə fərqlənə bilmədi və biz qələbə qazandıq. Qarşıda bir oyunumuz qalıb. O matça köklənəcəyik. Çox sevinib, bayram etməyə vaxtımız yoxdu. 4 gün sonra “Sabah” komandasına qarşı səfərdə oynayacağıq. Düşünürəm ki, futbolçular da məsuliyyətini başa düşür. Bu oyunu bir kənara qoyub “Sabah”la oyuna köklənmək lazımdı".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!