"İstəməzdik ki, medalsız qalaq" - "Zirə"nin yarımmüdafiəçisi

12 May 2021 22:20 Zirə 687
"İstəməzdik ki, medalsız qalaq" - "Zirə"nin yarımmüdafiəçisi

"Düzdü, çox sıx qrafikdə oynayırıq. Təxminən, ay yarımdı ki, 4-5 gündən bir oyuna çıxırıq. İstər-istəməz müəyyən qədər yorğunluq olur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

Camalov hər şeyə rəğmən sona kimi dəyüşəcəklərini bildirib: "Biz heç nəyə baxmayaraq, meydana çıxıb bütün gücümüzü qoyuruq ki, yaxşı nəticə qazanaq.

"Səbail" yaxşı komandadı, bilirik ki, onlara qarşı çox çətin olacaq. Amma bizim üçün də çox vacib oyundu və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Təcrübəli futbolçu üçüncülük uğurunda mübarizədə "Sumqayıt"la şanslarının bərabər olduğunu düşünür: "Biz çıxıb öz oyunumuzu oynayacağıq. Digər oyunun nəticəsindən asılı olmayaraq öz işimizi görməliyik. Məncə, bütün şanslar bərabərdi".

Ölkə kubokundan kənarda qalan "Zirə"nin futbolçusu mövsümü medalsız bitirmək ehtimalından haqda isə bunları deyib:

"İstəməzdik ki, medalsız qalaq. Ona görə də mövsüm bitməmiş günahkar axtarmaq düzgün deyil. Təbii ki, hamı kimi bizim də səhvlərimiz olur, əsas odu ki, onu müəyyənləşdirib bir daha təkrar etməməliyik".

Digər Xəbərlər
Xəbər Lenti