Rəşad Sadıqovu "beşik"də boğmaq planı və ya "xoruzun quyruğu"

11 May 2021 17:40 Zirə 1 431
Rəşad Sadıqovu "beşik"də boğmaq planı və ya "xoruzun quyruğu"

"Qəbələ" Zirədə elə oyun göstərdi ki, elə bil, bürünc medallara onlar namizəddir.

İtirəcək bir şey qalmayıb, daha rahatdırlar.

Dördüncü dövrədəki uğursuz oyunlar Elmar Baxşıyevi ruhdan salmayıb, əllərini yana sallamayıb, komandasını matça kökləməyi bacarmışdı. Meydanda açıq futbol gedirdi. Qəbələlilər daha yüngül, hərəkətli, sürətli görünürdü.

"Zirə" çempionatın finişində yüklənib, altından çıxmağa çətinlik çəkir. Davamlı hakim səhvləri komandanı relsdən kənaarlaşdırıb və hələ də özlərinə gələ bilmirlər.

Qərəzli və sifarişli idarəçilik nəticəsində kubok mübarizəsini yarımfinal mərhələsində tərk edən "Zirə" qış fasiləsindən sonra təzyiqlərin məhz bu dərəcədə artacağını bəlkə də əvvəlcədən güman eləmirdi.

Çempionatın startında heç kim "Zirə"ni ciddi rəqib kimi qəbul etmirdi. Rəşad Sadıqov yeni heyət yığmışıdı. Rəqiblər ayılana kimi iddiasını ortaya qoyan baş məşqçi xallarını artıqlaması ilə toplaya bildi.

Kubokda da yola davam edilirdi. Təcrübəsiz komanda iki cəbhədə psixoloji olaraq yükü sona kimi daşıya bilmədi.

Komandada fiziki yorğunluqla yanaşı, psixoloji basqı, əzginlik də var. "Zirə"yə oluna biləcək təzyiqləri klub öncədən ayırd edə bilmədi. Komanda özü də bir qədər arxayınlaşdı.

Heç-heçələr edərək, pillə-pillə xallarını yığsa da, 3 xallıq sistemdə 3 məğlubiyyətsiz, qələbəsiz bərabərlikdənsə, bir qələbə, bir heç-heçə daha üstündür.

Kubok finalı əldən çıxıb, indi bütünc medallar, Avroliqaya vəsiqə də əldən çıxa bilər.

AFFA-nın da arzuladığı budur elə. Federasiyanın hakim tayfasının əli ilə "Zirə"ni "ofsayd"da saxlamaq istəməsi əvvəl-əvvəl çox da hiss olunmurdu, zaman ötdükcə, "xoruzun quyruğu" göründü.

Rəşad Sadıqovun nəticə verməməsi üçün ədalətin hər üzünə tüpürdülər, əksər oyunlarda komandasını sııxdılar, boğdular, əldən saldılar.

İndi gəl, bütün bunlardan sonra yır-yığış elə, komandanı toparla da… Dəhşətli əzabdır.

Son iki matça hətta 6 xal qazansalar belə, "Sumqayıt"ın xal itirməsinə ümid bəsləməlidirlər. "Zirə" 3 dövrədə mövqeyini rahat qoruduğu çempionatın dördüncü dövrəsində büdrəməkdədir.

Liderlərin çempionluq savaşı kimi, bürünc uğrunda da amansız mübarizə sona kimi davam eləyəcək. Əgər qarşıdan gələn turda "Sumqayıt" həm özünün, həm də çempionluğun taleyini həll edə bilməsə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti