ÇARƏSİZ ADAM: "Bizim lehimizə belə qərar verilmir" - FOTOLAR

10 May 2021 09:20 Zirə 925
ÇARƏSİZ ADAM: "Bizim lehimizə belə qərar verilmir" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXVI turun ikinci gününə start verilib.

Günün ilk matçı Zirə İdman Kompleksində keçirilib.

“Qəbələ” Bakıda təşkil olunan qarşılaşmada “Zirə”nin qonağı olub. Baş məşqçi Elmar Baxşıyev ötən görüşlə müqayisədə start heyətində iki dəyişiklik edib. Stefan Vukçeviç və Rüfət Əhmədov “11-lik”də Yusif Nəbiyevlə Merab Qiqaurini əvəzləyib.

Paytaxtdakı oyun qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda təhlükəli hücumlar təşkil etsə də, ilk yarıda real qol vəziyyətləri çox yaranmayıb.

Düzdür, hissənin ortalarından təşəbbüsə yiyələnən “Qəbələ” daha çox hücum qurub. Amma bu həmlələr hesabı açmaq üçün yetərli olmayıb.

Fasiləyə 10 dəqiqə qalmış təşkil olunan hücum zamanı futbolçularımız ardıcıl bir neçə zərbə endirsə də, hədəfə düşməyiblər. Bir neçə dəqiqə sonra Ceyms Adeniyi yaxın məsafədən çərçivəni dəqiq nişan ala bilməyib.

İkinci hissəyə meydan sahibləri daha fəal başlayıb. Lakin “qırmızı-qaralar” paytaxt təmsilçisinin hücumlarının qarşısını inamla alıb. Qonaqların sürətli həmlələri də yaddaqalan olub.

58-ci dəqiqədə Rövlan Muradovun cərimə meydanı daxilindən baş zərbəsində dəqiqlik çatmayıb. Daha çox hücum edən bakılıların fərqlənməsinə isə “qırmızı-qaralar”ın müdafiəçiləri imkan verməyib.

Bir neçə epizodda isə Tərlan Əhmədli ustalığını nümayiş etdirib. Görüşün sonluğu qarşılıqlı hücumlarla keçib ki, komandamız bir neçə qol imkanı əldə edib.

Sürətli həmlə zamanı üç rəqibə qarşı 4 nəfərlə qalan əyalət futbolçuları hücumu sonluğa çatdıra bilməyib. Nikolas Raysel və Ülvi İsgəndərovun zərbələrində isə dəqiqlik yetərincə olmayıb. Beləliklə, “Qəbələ” “Zirə” ilə səfər matçından qolsuz heç-heçə ilə ayrılıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Futbolçular qarşısına qoyulan tapşırığı meydanda yerinə yetirdi. Avrokuboklara düşmək şansımız itsə də, komanda bunun öhdəsindən maksimum gəlməyə çalışdı.

Hücumda oynamağı fikirləşirdik və çoxsaylı epizodlar yaratdıq, amma dəyərləndirə çətinlik çəkdik. Bunu da şansla əlaqələndirirəm. Komandanın göstərdiyi futboldan məmnunam.

Bu heyəti mən formalaşdırmışam, oynadığı üslubu komandaya aşılamışıq. Bunu meydanda görmək xoşdur. Nəticə baxımından isə hər iki komanda qələbəyə layiq idi.

“Zirə” də yaxşı, dinamik futbol oynadı. Cari mövsümdə iki oyunumuz qalıb. Həmin matçlara konsentrasiya olub, çempionatı layiqli başa vurmağı planlaşdırırıq.

7-8 epizod oldu ki, dəyərləndirə bilərdik. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Amma iradım yoxdur. Əsas komandanın göstərdiyi oyundur. Tələb etdiyimiz futbolu görmək xoşdur.

Hakim üç dəqiqə əlavə etdikdə daha çox artırılmasının mümkünlüyü barədə soruşdum. Elə epizodlar var ki, başqa komandalar üçün penalti ilə dəyərləndirilir. Bizim lehimizə isə belə qərar verilmir. Ümidimizi itirmirik, ola bilər ki, biz də penalti vuraq”.

“Zirə” – “Qəbələ” 0:0

Zirə İdman Kompleksinin stadionu, tamaşaçısız

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov

Dördüncü hakim: Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Sarı vərəqələr: Davit Volkov, 20 (qeyri-idman hərəkəti); Hacıağa Hacılı, 67 (qeyri-idman hərəkəti) // Asif Məmmədov, 70 (qeyri-idman hərəkəti)

Artırılan vaxt: I hissədə 3 dəq.; II hissədə 3 dəq.

“Zirə”

1. Mateus Albino

8. İlkin Muradov

10. Ağabala Ramazanov (k)

(11. Klesio Bauk, 77)

32. Qismət Alıyev

30. Riçard Almeyda

9. Davit Volkov

44. Dmitrios Çantakias

26. Nemanya Andelkoviç

(77. Cəlal Hüseynov, 46)

17. Rodriqo Bonqonqui

14. Fakundo Melivilo

(4. Elvin Camalov, 46)

21. Hacıağa Hacılı

Ehtiyat oyunçular:

22. Rəşad Əzizli

62. Abdulla Seyidəhmədov

13. Şəhriyar Rəhimov

5. Kərim Diniyev

12. Lazar Corceviç

7. Tural Bayramlı

20. Əli Şirinov

29. Musa Qurbanlı

6. Ayxan Süleymanlı

Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

(7. Roman Hüseynov, 90)

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

10. Rövlan Muradov

(70. Ülvi İsgəndərov, 72)

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

1. Anar Nəzirov

74. Yusif Nəbiyev

28. Murad Musayev

4. Sadiq Quliyev

14. Cavid Hüseynov

6. Kamal Mirzəyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

88. Gülağa Əsədov

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti