COP29

"Qarabağ"a "əlcək" atacaq qədər güclü, amma qorxmayın, dəyməz!

9 Avqust 16:00 Zirə 5 870
"Qarabağ"a "əlcək" atacaq qədər güclü, amma qorxmayın, dəyməz!

Rəşad Sadıqov dörd ildir «Zirə»dədir.

Arzularına yaxın heyəti məhz indi yığdığını deyə bilərəm.

Düzdür, «hər şey dörd-dördlükdür» deməzdim, ancaq yenə də.

«Osiyek» Azərbaycan Premyer Liqasında mübarizə aparsaydı, iddia edirəm ki, «Qarabağ»ı təqibsiz buraxmazdı. Əvvəldən axıra kimi arxasınca gələrdi, xal fərqinin açılmasına imkan verməzdi.

Belə bir rəqiblə düşmək, həqiqətən də «Zirə» üçün bəxtsizlikdir. Xorvatiyanın ən məşhur üç klubundan biriylə onları üçüncü mərhələdə qarşılaşdırdığı üçün Rəşad Sadıqovun «kor püşk»dən inciməsinə nə qədər desən, haqqı çatır.

«Zirə» iki fərqli hissə seyr etdirdi bizə. Fasiləyədək ev sahiblərinin ərazi və mövqe üstünlüyü özünü uzaqdan belə, bəlli edirdi.

Uzun toplarla rəqibin arxasına keçməyi planlayan «Zirə»nin ümidi əsasən Junior Martinsin sürəti və texnikasına idi.

Rafael Utziki ehtiyatda saxlayan Rəşad Sadıqovun Davit Volkova etimadına isə ayrıca bir paraqraf açmaq lazımdır.

Yeni mövsümə forumda başlayan, Premyer Liqanın ilk turunda «Səbail»ə 3 qol vuran gürcüstanlı hücumçu «Osiyek» önündə kilid isim ola bilmədi, təəssüf ki.

Çılğın azarkeşlərin dəstəyini almış «Osiyek»ə qol «gəlirəm e, gəlirəm» deməsə də, Hacıağa Hacılı o sevinci daddırdı.

Məhz sabiq «Qarabağ»lının adi vəziyyətdə topu itirməsiylə başlayan ani əks-hücum torun silkələnməsiylə yekunlaşdı.

Rəşad Sadıqovun bu komandasına hər kəs qol vura bilməz. O, «Zirə»nin beyninə bir «cip» yerləşdirib.

Bunun adı kodlaşdırılmış müdafiə sistemidir.

Futbolçu burada istədiyini edə bilməz. Topla da olanda, topsuz da olanda.

Sərbəst hərəkət traektoriyasını özü çızmır. Baş məşqçinin sistemində «1 nəfər hamı, hamı da 1 nəfər üçün» var.

«Zirə»nin zəif tərəfi yerli futbolçularıdır. Hacıağının o uşaq səhvi, Ceyhun Nuriyevin top itkiləri, Rüstəm Əhmədzadənin fikirli girişimləri «Osiyek»i rahat, bizi narahat etdi.

Yenə nə yaxşı ki, Rəşad Sadıqov beyin işlətməyə gec qalmadı, fasilədən sonra elədiyi əvəzləmələrlə komandasının oyununu canlandırdı, axırda da Rafael Utzik özünün qazandığı penaltini qola çevirdi, 1:1-i tabloda yerləşdirdi.

Mərdəkanda da belə olacaqmı? Fərz etmirəm.

«Zirə»nin məşqçiləri artıq «Osiyek»i daha dərindən tanıyır və düşünürəm ki, cavab matçında bir qədər fərqli, rəqibi yanıldacaq tərzlə mübarizə aparmaq mütləqdir.

Əsas heyətdə 2-3 dəyişiklə də bunu etmək mümkün olar bəlkə.

«Osiyek» təhlükəlidir, amma gözdə o qədər şişirdiləcək qədər də yoxdur. Üstünə gedincə, müdafiədə xeyli açıq verirlər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!